O Yusif, mən hardayam ? – “Unudulmuşlar”

5245741. – O, Yusif mən hardayam ?

– Bakıda, siz hara? Bura hara ? (Bəxtiyar filmindən)

Yusif obrazı çoxları üçün tanışdı. Yusif xəsis, qorxaq, bivec rolunu canlandırır bu filmdə. Aktyor Faiq Mustafayev Opera müğənnisi olubdur. Bir neçə filmdə rolları ilə sizi tarixin qızıl səhfələrinə sizə apara bilər(Bəxtiyar,  O olmasın, bu olsun, Qızmar Günəş altında). Aktyor 1977-ci ildə vəfat etmişdir.

 

 

berber_asot_f2. – E, İsrafilcan bu dünyada sənin baxtin məninkindən çox gətirib. Soruş niyə ?

– Niyə ?

– Çünki, sənin başıvı mənim kimi usta qırxır.

Rusiyanın əməkdar artisti, “Əyri Güzgü” teatrının erməni əsilli tanınmış yumoristi Karen Ovanesyan “Bəyin Oğurlanması” və “Yaramaz” filmində çəkilmişdir. Bəziləri onun erməni olması haqqında heç xəbəri də yoxdur. Xəbərləri olsa da, onun həyatı haqqında məlumatsızdır. Karen Mədəniyyət və İncəsənət Universitetini bitiribdir. Məlum səbəblərdən Bakıdan köçüb və qayıtmamaq şərti ilə.

 

 

34t54w3. – Belə bıçaqla biz qatili tapa bilmərik.

Gündüz obrazı ilə “Arxadan vurulan zərbə” filmində rol alan Şahmar Ələkbərov müxtəlif filmlərdə öz obrazı ilə sovet adamının yaddaşına çökə bilib. Aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi. 1992-ci ildə Şahmar Ələkbərovun ömrü əbədiyyətə qovuşdu.  Aktyoru unutmaq olmaz. Çünki onu unutmaq öz film tariximizə təpik vurmaq kimi bir şeydir.

 

Hazırladı: Orxan Səlimov

 

 

Post a comment or leave a trackback: Trackback URL.

Bir şərh yazın